İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ağır QƏZA: Ölən var

1155 20.04.2026 10:33 Hadisə A A

Qala-Şüvəlan yolunda ölümlə nəticələnən qəza baş verib.

Musavat.com xəbər verir ki, hadisə aprelin 19-da saat 20:10 radələrində Qala-Şüvəlan yolunda qeydə alınıb.

Belə ki, Behbudov Cəmil Nurulla oğlu idarə etdiyi "Mercedes E-280" markalı avtomobillə hərəkətdə olarkən qarşı istiqamətdən gələn, Əşrəfzadə Vüqar İlqar oğlunun sürdüyü motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR