İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Changan” yandı - VİDEO

633 03.06.2026 15:35 Hadisə A A

Bakıda avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Changan” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.

Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR