İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda çoxmərtəbəli bina yanır – VİDEO

2846 13.02.2026 02:59 Son xəbər A A

İlk yayın vaxtı 00:49

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospekti 10B ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində on səkkiz mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

***

Babək prospektində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə ilə əlaqədar əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda FHN əməkdaşları hadisə yerində sakinlərin təxliyəsini həyata keçirir və alovun digər mənzillərə keçməsinin qarşısını almağa çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

***

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verir.

Musavat.com xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunub. 

Bu barədə müğənni Nura Suri sosial şəbəkədə video və məlumat paylaşıb. 

Əraziyə yanğınsöndürmə texnikası və canlı qüvvə yönləndirilib, sakinlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür. Hazırda alovun qarşısının alınması istiqamətində əməliyyat davam edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR