İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda polis kameraları sındıran yeniyetmələri tapdı - Ailələri bölməyə çağırıldı - VİDEO

874 29.05.2025 14:42 Hadisə A A

Bakıda bir qrup yeniyetmənin küçə kameralarını sındırmasını əks etdirən görüntülər yayılıb.

Sözügedən yeniyetmələrin Binəqədi rayonu ərazisində əmlaka ziyan vurduqları bildirilib.

DİN Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq qeyd edib ki, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb: "Əməli törədən 4 yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib"./qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR