İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO

1956 20.04.2026 16:24 Hadisə A A

Bakıda keçirilən toy məclislərindən birində qeydə alınan maraqlı görüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məclis zamanı bəyin dostları əllərində avtomobillərinin dövlət qeydiyyat nişanlarını (seriya nömrələrini) tutaraq rəqs ediblər. Bu anlar qonaqlar tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Paylaşım qısa zamanda böyük maraq doğurub və istifadəçilər arasında fərqli reaksiyalar yaradıb. Bəziləri bu hərəkəti əyləncəli və qeyri-adi addım kimi dəyərləndirsə də, digərləri isə davranışı yerində saymayıb və tənqid ediblər.

Görüntülər sosial mediada hələ də müzakirə olunmağa davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR