İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir təqaüdlərlə bağlı QƏRAR İMZALADI

1335 03.06.2026 15:42 Siyasət A A

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün ödənilməsi qaydasında dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qaydaya yeni bənd əlavə edilib.

Bu Qaydada nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanının funksiyalarını himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR