İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail və ABŞ arasında İranla qarşıdurma bitməyib və yeni hadisələr hər an mümkündür. O, İsrailin İranla qarşıdurma ilə sonda məqsədlərinə çatmaq niyyətində olduğunu bildirib.
APA xəbər verir ki, Netanyahu bu açıqlamanı İsraildə səfərdə olan Argentina prezidenti Xavyer Miley ilə birgə çıxışı zamanı verib.
İranla qarşıdurmadan danışan Netanyahu bunu ciddi çətinliklər və nəticələr dövrü adlandırıb.
"Biz çox şeyə nail olmuşuq. Amma bu, son deyil və hər an yeni hadisələr baş verə bilər", - Baş nazir əlavə edib.
"Təcavüzkar Amerika atəşkəsi pozub".
"Unikal" xəbər verir ki, bu barədə İranın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik-leytenant İbrahim Zülfüqari bildirib.
"Onlar Oman dənizinin sularında İran ticarət gəmilərindən birinə atəş açaraq və bir sıra terrorçu dəniz piyadalarını adı çəkilən gəminin göyərtəsinə endirərək naviqasiya sistemini sıradan çıxararaq dəniz piratçılığı törədiblər.
Xəbərdarlıq edirik ki, İran İslam Respublikasının silahlı qüvvələri tezliklə bu silahlı piratçılığa və ABŞ ordusuna qarşı cavab verəcək və qisas alacaq", - deyə məlumatda qeyd olunub.
İran Silahlı Qüvvələri ölkənin gəmisini saxlayan ABŞ-ın hərbi gəmilərinə zərbələr endirib.
Bildirilib ki, ABŞ gəmilərinə hücum pilotsuz təyyarələrlə həyata keçirilib.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






