İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayraktar Kızılelma aviasiya tarixində ilkə imza atdı: Səsdən sürətli hədəf məhv edildi

811 01.12.2025 17:19 Dünya A A

Türkiyənin “Baykar” şirkətinin istehsalı olan ağır zərbə və döyüş PUA-sı Bayraktar Kızılelma sınaqlar zamanı aviasiya tarixində yeni rekorda imza atıb. “Anadolu” agentliyinin məlumatına görə, Kızılelma ilk dəfə olaraq görüş xəttindən kənarda yerləşən səsdən sürətli hava hədəfini uğurla məhv edib.

Musavat.com xəbər verir ki, sınaq zamanı hədəf təxminən 50 kilometr məsafədə Kızılelmanın bort radar sistemi — MURAD AESA (aktiv fazalı qəfəslə radar) vasitəsilə aşkarlanıb. PUA hədəfi müəyyən etdikdən sonra uzaqmənzilli “hava-hava” raketi ilə ona dəqiq zərbə endirib.

Kızılelmanın çox aşağı radiolokasiya görünürlüğü və ən müasir sensorlarla təchiz edilməsi ona düşməni daha uzaq məsafədən aşkar etmək imkanı verir. Bu xüsusiyyətlər döyüş şəraitində “ilk görən – ilk vuran” prinsipini təmin edir və pilotsuz qırıcı konsepsiyasına ciddi üstünlük qazandırır.

Mütəxəssislər hadisəni Türkiyənin müdafiə sənayesi üçün tarixi dönüş nöqtəsi kimi qiymətləndirirlər. Kızılelmanın bu sınağı ağır pilotsuz qırıcıların real döyüş qabiliyyətinə malik olduğunu sübut edən ən vacib mərhələ hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR