ABŞ maliyyə naziri Skott Bessent Ukraynanın Baş naziri Yuliya Svırıdenko ilə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, məlumatı Bessemt X hesabında açıqlayıb.
Nazir bildirib ki, danışıq zamanı o, öz nazirliyinin Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsini müzakirə edib.
Bessent qeyd edib ki, söhbət zamanı o, "ABŞ Prezidenti Donald Trampın Ukraynada davamlı sülhün təmin edilməsi öhdəliyinə diqqət yetirib və ABŞ Maliyyə Nazirliyinin Rusiyanın neft nəhəngləri olan Lukoyl və Rosneft-ə qarşı sanksiyalarını müzakirə edib".
Musavat.com






