İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi şəxslərə 1000 manat veriləcəyi haqda xəbər yayan - Həbs olundu

1095 28.02.2026 00:21 Son xəbər A A

Sosial şəbəklərdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1000 manat veriləcəyi ilə bağlı paylaşım edən şəxs həbs olunub.

35 yaşlı H.M-ya inzibati qaydada 9 sutka həbs verilib.

İnternetdə yayılması qadağan edilən məlumat paylaşmaqda təqsirli bilinən şəxsin bazarda satıcı işlədiyi məlum olub. O, əməlindən peşman olduğunu, bir daha belə şey etməyəcəyini deyib.

Qeyd edək ki, həmin paylaşım tiktokda qısa müddətdə 13 min nəfər tərəfindən izlənib. İzləyicilərin çoxu pulu necə ala biləcəklərini soruşublar.//Qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR