İnsanlara hürriyət, millətlərə istiqlal!

"Böyük Qayıdış"a təhdidlər - BMTM rəhbəri yeni çağırışlardan danışdı

880 21.05.2026 16:23 Gündəm A A

"Böyük Qayıdış"a təhdidlər - BMTM rəhbəri yeni çağırışlardan danışdı

"Azərbaycan postmünaqişə dövründə yenidənqurma sahəsində təqdim edə biləcəyi mühüm təcrübə və ekspertizaya malikdir. Ölkəmiz hazırda onilliklər boyu davam edən münaqişə nəticəsində dağıdılmış və ərazi baxımından Livanla müqayisə oluna bilən Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma proqramı həyata keçirir".

Musavat.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə UN Habitat tərəfindən təşkil edilən "Yaxın Şərq Böhranı və onun qlobal mənzil və şəhərsalma sahələrinə təsirləri” mövzusundakı tədbirdə çıxışı zamanı bildirib.

F.Şəfiyev qeyd edib ki, 2020-ci ildən etibarən Azərbaycan azad edilmiş ərazilərin bərpasına, yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin tikintisi də daxil olmaqla 14 milyard ABŞ dollarından artıq vəsait ayırıb: “Lakin Yaxın Şərqdə davam edən münaqişələrin yaratdığı qlobal və regional qiymət artımları yenidənqurma xərclərini əhəmiyyətli dərəcədə artıra bilər. Azərbaycanın yenidənqurma strategiyası əsasən idxal olunan tikinti materiallarından, texnikadan və regional qeyri-sabitliklə, eləcə də enerji qiymətlərinin artması ilə həssaslaşan logistika şəbəkələrindən asılıdır.

Yüksək tikinti xərcləri məcburi köçkünlərin Qarabağa qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramının icrasını ləngidə bilər. Azərbaycan ilkin mərhələdə təxminən 140 min keçmiş sakinin geri qaytarılmasını planlaşdırır. Lakin inflyasiya təzyiqləri, minalardan təmizləmə xərcləri və təchizat zəncirində yaranan problemlər yaşayış və infrastruktur layihələrinə mənfi təsir göstərir".

Yekunda BMTM sədri vurğulayıb ki, logistika xətlərinin bərpası və biznes əməliyyatları üçün maliyyə əngəllərinin aradan qaldırılması artıq təxirəsalınmaz zərurətə çevrilib.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR