İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kralı qardaşının varislikdən uzaqlaşdırılmasına mane olmayacaq - RƏSMİ

503 21.02.2026 09:09 Siyasət A A

Böyük Britaniya kral ailəsi - Bukinqem Sarayı Britaniya hökumətinin Kral III Çarlzın kiçik qardaşı Endryu Mauntbetten-Vindsoru varislik xəttindən uzaqlaşdırmaq planına müdaxilə etməyəcək.

Musavat.com xəbər verir ki, məlumatı The Times qəzeti Əlahəzrətlərinin Ofisindəki mənbəyə istinadən yayıb:n "Mountbatten-Vindsorun varislik xəttindən çıxarılması yalnız Parlamentin səlahiyyətində olan məsələdir və əlbəttə ki, biz heç vaxt onun yolunda dayanmayacağıq və ya Parlamentin iradəsinə qarşı çıxmayacağıq".

Fevralın 20-də Sky News hökumətin Parlamentə bu barədə qanun layihəsi təqdim etməyi düşündüyünü bildirib. YouGov sorğusuna görə, respondentlərin 82 faizi bu addımı dəstəkləyir. Lakin bu, digər Birlik dövlətləri ilə məsləhətləşmələr tələb edəcək və yalnız keçmiş York Şahzadəsi ilə bağlı bütün araşdırmalar başa çatdıqdan sonra mümkün olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR