İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Rosneft-in iştirakçısı olduğu nəhəng yatağa sanksiya güzəşti tanıdı

453 18.12.2025 02:23 İqtisadiyyat A A

Böyük Britaniya Rusiyanın Rosneft şirkətinin payçısı olduğu daha bir qaz yatağına sanksiyadan azadlıq verib.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, söhbət Misirdəki Zohr qaz yatağından gedir. Britaniya hökumətinin saytında yerləşdirilən lisenziyadan aydın olur ki, layihənin əsas operatoru və ən böyük pay sahibi İtaliyanın Eni şirkətidir. Ondan əlavə, layihədə "Rosneft" (30%), Britaniyanın BP (10%) və BƏƏ-nin "Mubadala Energy" (10%) şirkətlərinin də payı var.

Qərar yenilənmiş ümumi lisenziya şəklində rəsmiləşdirilib və bu lisenziya 2027-ci ilin oktyabr ayına qədər "Zohr" ilə bağlı ödənişlərə və biznes əməliyyatlarına icazə verir. Beləliklə, şirkətlər rusiyalı tərəfdaşlarına qarşı sanksiyalara baxmayaraq, bu layihə üzərində işləməyə davam edə biləcəklər. Beynəlxalq "Gowling WLG" firmasının vəkilləri izah edirlər ki, bu cür lisenziyalar adətən "idarə olunan istisna" aləti kimi istifadə olunur. Onlar şirkətlərə kritik layihələri qəfil və hazırlıqsız dayandırmadan sanksiyalara riayət etməyə imkan verir.

Qeyd edək ki, istisna siyahısına "Zohr"dan əlavə, Rusiya, Qazaxıstan və Xəzər regionundakı digər iri neft və qaz layihələri də daxildir. ABŞ əvvəllər oxşar yanaşma tətbiq edərək, xüsusən də Qazaxıstanda Rusiya şirkətləri ilə beynəlxalq enerji konsorsiumlarında işlərin davam etdirilməsinə icazə vermişdi.

Zohr Misirin ərazi sularında, Port Səiddən təxminən 190 kilometr şimalda n Aralıq dənizindəki ən böyük qaz yatağıdır. O, 2015-ci ildə kəşf edilib və kommersiya istehsalına 2017-ci ilin sonlarında başlanılıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR