"Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi və strateji müttəfiqliklərin formalaşdırılması sayəsində Azərbaycan Cənubi Qafqazın aparıcı hərbi gücünə çevrilib. Bu güc ölkəyə 2020-ci ildə öz ərazilərini azad etməyə imkan verdi, milli suverenliyin etibarlı təminatçısı rolunu oynadı və bu gün isə ən vacibi, tam müstəqil və vahid Cənubi Qafqazın qorunmasına xidmət edir".
Bu sözləri Musavat.com-a açıqlamasında Böyük Britaniyanın tanınmış politoloq-jurnalisti Neil Vatson deyib.Politoloq qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün həm də Cənubi Qafqazda sülhün, sabitliyin və uzunmüddətli inkişafın əsas dayaqlarından biri kimi çıxış edir:"Rusiya və İranın bölgədəki təsir imkanlarının azalması və ekspansionist siyasətlərinin əvvəlki gücünü itirməsi fonunda Azərbaycan Silahlı Qüvvələrinin əhəmiyyəti daha da artır. Güclü Azərbaycan Ordusu region dövlətlərinin qarşılıqlı əməkdaşlıq etməsinə, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və ölkələr arasında etimad mühitinin formalaşmasına şərait yaradır.Azərbaycan Ordusunun 108 illik yubileyi münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edirəm".
Xalidə Gəray
Musavat.com






