Bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ prezidenti Donald Trampın vasitəçiləri Stiv Vitkoff və Cared Kuşnerlə görüşəcək.
Musavat.com xəbər verir ki, məlumatı Associated Press agentliyi Tramp administrasiyasının yüksək vəzifəli məmuruna istinadən yayıb. Görüşün Florida ştatının Mayami şəhərində keçirilməsi planlaşdırılır.
Görüşdə Vitkoff və Kuşnerin Moskvadakı müzakirələrdə əldə olunan razılaşmaların müzakirə olunması nəzərdə tutulur.
Musavat.com






