İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Xəzər üçün HƏRƏKƏTƏ KEÇDİ - 305 milyon AYIRDI

3067 13.08.2025 09:15 Region A A

Qazaxıstan hökuməti Xəzər dənizinin ekoloji problemlərinin araşdırılması məqsədilə dövlət ehtiyatından 305 milyon tenge (təxminən 560 min ABŞ dolları) vəsait ayırıb.

Musavat.com xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirir ki, bu maliyyə vəsaiti Qazaxıstanın Xəzər Dənizi Elmi Tədqiqat İnstitutuna veriləcək.

Vəsait institutun inkişafına, həmçinin hidrobiologiya, hidrokimya, hidrometeorologiya və peyk monitorinqi laboratoriyalarında aparılan tədqiqatların davam etdirilməsinə sərf olunacaq.

Alimlər balıq ehtiyatlarını, Xəzər suitilərinin kütləvi ölüm səbəblərini tədqiq edəcək, onların mühafizəsi texnologiyalarını işləyib hazırlayacaqlar. Bununla yanaşı, institut iqlim dəyişikliyinin ekosistemə təsirini təhlil edəcək, Xəzər dənizinin Qazaxıstan hissəsində dəniz səviyyəsi, suyun keyfiyyəti, bioloji müxtəliflik və digər əhəmiyyətli parametrlərə nəzarətini gücləndirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR