İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə dəhşətli partlayış - Çox sayda ÖLƏN VAR

755 08.02.2026 00:17 Ölkə A A

Hindistanın şimal-şərqindəki mədəndə baş verən partlayış nəticəsində həlak olanların sayı 27-yə yüksəlib.

Bu barədə şənbə günü yerli polis məlumat yayıb.

"Meqhalaya ştatında qeyri-qanuni kömür mədənində partlayış nəticəsində həlak olanların sayı 27-yə yüksəlib. Hadisə nəticəsində ən azı doqquz nəfər xəstəxanada müalicə alır", - açıqlamada deyilir.

Fövqəladə Hallar üzrə Milli Müdaxilə Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, mədəndə hələ də insanlar ola bilər. Bu səbəbdən axtarış-xilasetmə işləri davam edir.

Daha əvvəl 18 nəfərin həlak olduğu bildirilmişdi.

Xatırladaq ki, partlayış fevralın 5-də Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR