İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu region üçün kritik həftələr başlayır - “Time-out” bitir

599 02.02.2026 17:55 Dünya A A

Yaxın Şərqdə gərginliyin davam etdiyi və təhlükəsizlik gündəminin ön plana çıxdığı bir dövrdə ABŞ-ın bölgəyə yönəlik diplomatik fəallığı diqqət çəkir. ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun bu günlərdə İsrailə səfəri planlaşdırılır. Bu da təbii ki, Vaşinqtonun regiondakı proseslərə birbaşa müdaxilə etmək niyyətindən xəbər verir. Səfər zamanı Uitkoff İsrailin baş naziri Benyamin Netanyahu və İsrail ordusunun baş qərargah rəisi Eyal Zamirlə görüşlər keçirəcək. İsrailin siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bu görüşlərin bölgədəki mövcud vəziyyətə və gələcək addımlara təsir göstərəcəyi istisna edilmir.

Bu səfərin pərdəarxası məqamları nə ola bilər? ABŞ İsrailin əli ilə yenə İranı vurmar istəyir? Sonuncu 12 günlük savaş təkrarlana bilərmi?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında artıq son danışıqların başlandığından söz açdı:

“ABŞ-la İran arasında müharibə bir müddətlik "time-out" götürəcək. Buna səbəb hər iki ölkə arasında danışıqların başlaması ilə bağlı prezident Məsud Pezeşkianın göstəriş verməsidir. Çox güman ki, danışıqları elə Uitkoffla Abbas Əraqçi aparacaq. Bu danışıqlar hər iki ölkə üçün son şansdır. Nəticə əldə edilməsə, silahlar danışmağa başlayacaq. Müharibə olacağı təqdirdə İsrailin yenidən İranla müharibəyə girəcəyi ehtimalı azdır. Çünki altı ay öncəki müharibə İsrailin hava hücumundan müdafiə sistemindəki boşluqları üzə çıxardı. İsrailli analitiklər də Təl-Əvivin İranla növbəti savaşa hazır olmadığını iddia edir. İran ordusu isə döyüş qabiliyyətini tam toparlaya bilməyib. Farsların müdafiə qabiliyyəti xeyli aşağı düşüb. Üstəlik, ortada Türkiyə amili var. Amerika İranla savaşa başlamaq üçün türklərin də bığının altından keçməlidir. İstənilən halda yaxın həftələrdə regionda siyasət və hərb qazan yenidən qaynamağa başlayacaq”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR