İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yazıçı və şairlər AYB-dən xaric olunacaq – aralarında məşhur imzalar da var QALMAQAL

4371 08.01.2026 15:42 Mədəniyyət A A

“Fevralın 1-dək üzvlük haqqını ödəməyən şair və yazıçılar Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcək”.

Bu barədə Musavat.com-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. O qeyd edib ki, dəfələrlə xəbərdarlıqlara baxmayaraq yüzlərlə şair və yazıçı üzvlük haqqını ödəməkdən yayınır:

“2016-cı ildən etibarən illik üzvlük haqqı 15 manatdır. Demək olar ki, hər il bu problemlə üzləşirik, dəfələrlə xəbərdarlıq edirik, amma çox sayda, yüzlərlə şair və yazıçı bu problemi bizə yaşadır və üzvlük haqqını ödəmirlər.

O ki qaldı üzvlük haqqını ödəməyənlərin daha çox gənc və ya yaşlı təbəqədən olub-olmamasına, qeyd edim ki, AYB-də gənc təbəqə demək olar ki, o qədər də çox deyil. Hesablama aparsaq, təxminən 70 faiz orta yaş üzərindədir, 30 faiz isə gənc təbəqədir. Bəlkə də daha az. Amma ödəməyənlər qarışıqdır; gənclər də, yaşlılar da var. Hətta onların arasında çox məşhur imzalar da var ki, biz onların adlarını açıqlamağı ayıb hesab edirik və. Amma düşünürük ki, yenə də ödənilməsə, biz onların adlarını “Ədəbiyyat” qəzetində açıqlayacağıq.

Hətta biz bir dəfə 2020-ci ilə qədər olan borcların hamısını sıfırlayıb silmişik. 2020-ci ildən bu yana, yəni beş ilin üzvlük haqqını ödəməkdə yenə də çətinlik çəkirik. Bu günə qədər bu məsələ ilə bağlı heç kim xaric edilməyib. Amma bu dəfə məsələ ciddidir və mövqe də qətidir. Əgər ödəməsələr, biz artıq çox sayda üzvü xaric etməli olacağıq.

Xaric etmə prosesi yəqin ki, sırayla olacaq; yəni bir-bir bütün ödəməyənləri çıxartmaq fikrimiz yoxdur. Xəbərdarlıq edirik ki, ödəməsəz, onları çıxardacağıq və fevralın 1-dən etibarən bu prosesə başlayacağıq”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR