İnsanlara hürriyət, millətlərə istiqlal!

Bundestaq Leninin adını küçələrdən silmək istəyir – Şərqi Almaniyada qalmaqal böyüyür

600 08.12.2025 11:42 Dünya A A

Almaniya Bundestaqında bir qrup deputat Şərqi Almaniyanın bir sıra şəhərlərində hələ də mövcud olan Lenin, eləcə də keçmiş GDR (ADR) funksionerlərinin adlarını daşıyan küçələrin dəyişdirilməsini tələb edib.

Musavat.com-un məlumatına görə parlament üzvləri bildiriblər ki, bəzi şəhərlərdə hətta “Alman–Sovet Dostluğu” adlanan küçələr belə mövcuddur və bunların müasir Almaniyanın dəyərlərinə uyğun gəlmədiyini düşünürlər.

Deputatlar təklif ediblər ki, bu cür ideoloji yüklü adlar tamamilə ləğv edilsin və demokratik dəyərləri əks etdirən yeni adlarla əvəz olunsun.

Lakin yerli bələdiyyələr bu təşəbbüsə qarşı çıxır. Şərqi Almaniyanın bir sıra şəhər rəhbərləri hesab edir ki, küçə adları tarixin bir hissəsidir və onların dəyişdirilməsi yalnız cəmiyyət daxilində yeni qarşıdurmalar yarada bilər. Onlar həmçinin vurğulayırlar ki, bəzi sakinlər bu adların saxlanılmasının lehinədir və dəyişiklik narazılıqlara səbəb ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR