Rusiyada “Call of Duty” oyun seriyasının qadağan olunması tələbləri gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Dövlət Dumasının İqtisadi Siyasət Komitəsi sədrinin müavini Roskomnadzora müraciət edərək "Modern Warfare" və onun yenilənmiş versiyalarının “rusofobiya əlamətləri” baxımından araşdırılmasını istəyib.
İddialara görə, oyunda rusiyalı oyunçuların rus hərbçilərinə atəş açmağa məcbur qalması, həmçinin müsbət qəhrəmanların yalnız Qərb xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən ruslar kimi göstərilməsi deputatlarda narazılıq yaradıb.
Deputat Mixail Delyagin bildirib ki, belə oyun təcrübəsi rusiyalı oyunçular üçün “xoşagəlməzdir” və “mazoxizmə bənzəyir”.
Musavat.com






