İstanbulda həyata keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində saxlanılan müğənni Cem Adrian məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən bir neçə ağır maddə üzrə aparılan araşdırmanın bir hissəsi olaraq baş tutub.
Sözügedən cinayət işi "narkotik və ya stimullaşdırıcı maddələrin alınması, saxlanması və ya istifadəsi", həmçinin "fahişəliyə təhrik etmə və ya buna şərait yaratma" və "narkotik istifadəsinə kömək etmə" ittihamlarını əhatə edir.






