İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionlar Liqasında möhtəşəm start - Arda Güler dubl etdi - VİDEO

1892 15.04.2026 23:19 İdman A A

Çempionlar Liqasının 1\4 finalı çərçivəsində hazırda "Bavariya"-"Real Madrid" oyunu keçirilir.

Almaniyada baş tutan oyunda hesabı "Real"ın türkiyəli ulduzu Arda Gülər açıb. Gənc oyunçu 40-cı saniyədə fərqlənib. Bundan dəqiqələr sonra alman klubu hesabı bərabərləşdirib. İngilis futbolçu Harri Keyn fərqlənib. Bu hesabla ümumi nəticə 3-2 almanların xeyrinədir. İki klubdan biri hökmən yarımfinala çıxmalıdır. 

"Bavariya"-Real Madrid" oyununun 30-cu dəqiqəsində Türkiyənin fəxri, ispan klubunun ulduzu tarix yazır və ikinci möhtəşəm qolunu vurur.

Alman klubu və azarkeşləri hazırda şokdadır. Hətta gözəl oyununa görə Arda Güləri ayaqdan alqışlayan alman azarkeşləri də görmək olur.

***

"Bavariya"-Real Madrid" oyununun 38-ci dəqiqəsində Arda Gülər kimi alman klubunun ingilis ulduzu Harri Keyn da özünün və klubunun ikinci qolunu vuraraq, hesabı bərabərləşdirir. 

"Bavariya"-"Real Madrid" oyununun 43-cu dəqiqəsində səhnəyə fransız ulduz Kilien Mbappe çıxır. İspan klubu hazırda 2-3 öndədir.(Ümumi hesab 4:4)

Oyunun nəticələri barədə məlumat verəcəyik.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR