İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Azərbaycan bayrağına hücum - ANBAAN VİDEO

1188 12.01.2026 17:11 Hadisə A A

Kanadada etiraz aksiyası gərgin anlarla yadda qaldı.

Musavat com xəbər verir ki, Toronto şəhərində İranda baş verən etirazlara dəstək məqsədilə keçirilən aksiya zamanı “Cənubi Azərbaycan” bayrağı tutan bir şəxsə hücum edildiyi bildirilir. Hadisə etirazçılarla digər qruplar arasında qarşıdurmanın yaşandığı kütləvi tədbir çərçivəsində baş verib.

Musavat.com xəbər verir ki, aksiyada iştirak edən iranlı icma üzvləri Toronto şəhərində, CBC binası qarşısında toplaşaraq İranda davam edən kütləvi etirazlara dəstək nümayiş etdiriblər. Etirazçılar Kanadanın aparıcı media qurumlarından birinin İranda sosial media blokadaları və təhlükəsizlik qüvvələrinin zorakılığı ilə bağlı hadisələri daha geniş işıqlandırmasını tələb ediblər. Aksiya iştirakçıları eyni zamanda internet məhdudiyyətlərinə qarşı şüarlar səsləndirərək İran xalqının məlumat alma hüququnun pozulduğunu vurğulayıblar.

Məlumatlara görə, aksiya zamanı “Cənubi Azərbaycan” bayrağı daşıyan bir şəxsə qarşı zor tətbiq olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR