Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq fəal şəkildə davam edir.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, bütün formatlarda perspektivlər mövcuddur:
“Siyasi, eyni zamanda iqtisadi layihələrin icrası baxımından üçtərəfli formatların genişləndirilməsi barədə maraqlı fikir mübadiləsi oldu. Dialoq davam etdiriləcək. Eyni zamanda mən iranlı həmkarıma Ermənistanla sülh prosesi, işğaldan azad edilən ərazilərin bərpası, ərazilərin minalardan təmizlənməsi və s. məlumat verdim. Yaxın Şərqdə baş verən proseslər və s. mövzular barədə də fikir mübadiləsi apardıq”.
Nigar HƏSƏNLİ,
Musavat.com






