İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramovdan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA VİDEO

1920 26.02.2026 10:15 Ölkə A A

Rəsmi Bakının AZAL təyyarəsi ilə bağlı mövqeyi birmənalı olaraq qalır.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

Nazir bildirib ki, ötən ilin oktyabr ayında dövlət başçısı İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı Moskva tərəfindən məsələnin tam və hərtərəfli araşdırılacağı ilə bağlı rəsmi Bakıya söz verilib.

Rusiya İstintaq Komitəsinin Azərbaycan tərəfinə ünvanladığı məktuba münasibət bildirən XİN başçısı qeyd edib ki, Bakı öz mövqeyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb.

“Rusiya tərəfindən mütəmadi addımların atılmasını gözləyirik. Bizim mövqeyimiz dəfələrlə ən ali səviyyədə qarşı tərəfə çatdırılıb”, – deyə nazir vurğulayıb.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR