İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

1607 03.03.2026 10:58 Dünya A A

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumatda bildirilir ki, Çin Körfəz ölkələrinin enerjisindən asılıdır, xüsusilə də Qətər qazına böyük ehtiyac duyur.

Regional hücumlar tanker hərəkətinə mane olub və Qətərdə mayeləşdirilmiş təbii qaz istehsalını qısa müddətə dayandırıb. Bunun fonunda Çin rəsmiləri Tehranı qlobal və Çin bazarları üçün vacib olan enerji marşrutlarını hədəf almamağa çağırıb.

Musavat.com

photo_2026-03-03_10-53-45-1.jpg (90 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR