İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Venesuela ilə bağlı səssizliyi POZDU

1653 03.01.2026 20:32 Dünya A A

Çin hökuməti ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatlarını və ölkə prezidenti Nikolas Maduro ilə həyat yoldaşının tutulmasını sərt şəkildə pisləyib.

Musavat.com xəbər verir ki, bu barədə Çin XİN-in açıqlamasında deyilir:

"Çin ABŞ-ın suveren dövlətə qarşı kobudcasına hərbi güc tətbiqini, eləcə də ölkə prezidentinə hücumu qətiyyətlə pisləyir".

Çin Xarici İşlər Nazirliyi vurğulayıb ki, "ABŞ-ın hegemon hərəkətləri beynəlxalq hüququ ciddi şəkildə pozur, Venesuelanın suverenliyini pozur, Latın Amerikası və Karib dənizi ölkələrinin sülh və təhlükəsizliyini təhdid edir".

Pekin açıqlamada vurğulayıb ki, Vaşinqton beynəlxalq hüquqa, eləcə də BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etməlidir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR