İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Rusiyaya yükdaşıma ilə bağlı ŞOK göstərici

595 22.12.2025 19:28 Dünya A A

Çindən Rusiyaya və Avropaya konteyner daşımalarının dəyəri oktyabr ayından etibarən bir neçə dəfə fərqlənir.

Musavat.com xəbər verir ki, “Qazprombank”ın İqtisadi Proqnozlaşdırma Mərkəzinin analitikləri bu məsələyə diqqət çəkiblər.

Məlumata görə, dekabrın ortalarına konteyner daşımaları üzrə Qiymət Tədqiqatları Mərkəzinin (ÇÇM) indeksi 6159 dollar təşkil edib. Halbuki beynəlxalq “Drewry” indeksinə əsasən, Şərqdən Avropanın əsas limanlarından biri olan Rotterdam şəhərinə bir konteynerin çatdırılması cəmi 1957 dollara başa gəlir.

Logistika (nəqliyyat) şirkətlərindən birinin əməkdaşı qiymət fərqini belə izah edir:

“Bu, ikitərəfli sanksiyaların ödənişidir. Rusiya ilə işləyən xüsusi daşıyıcıların yaradılması, həmin şirkətlərin üzləşdiyi risklər, sığorta üzrə xüsusi tariflər, həmçinin Rusiya tərəfində tənzimləmələrin getdikcə sərtləşməsi bu qiymətlərin formalaşmasına səbəb olur”.

“AvtoQruzEks” avtomobil yükdaşıyıcıları və ekspeditorlar assosiasiyasının hesablamalarına görə, logistika xərclərinin məhsulun son qiymətində payı 2%-dən 16%-ə qədər dəyişir. Yük nə qədər ağırdırsa, bu pay bir o qədər artır və xüsusilə mebel, sənaye avadanlıqları və dəzgahlar üçün maksimum həddə çatır.

Mütəxəssislər qeyd edirlər ki, bu fərq əvvəllər də mövcud idi, lakin 2022-ci ilə qədər qiymətlər arasındakı fərq onlarla faizlə ölçülüb. Müharibənin başlamasından və sanksiyaların tətbiqindən sonra isə daşınma xərcləri artıq bir neçə dəfə fərqlənməyə başlayıb.

“Bütün bu xərclərin yükünü sonda, təbii ki, Rusiya istehlakçısı ödəyir”, - deyə şirkət nümayəndələrindən biri qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR