Çində beşinci nəsil J-20A qırıcı təyyarəsinin yerli istehsal olan mühərriklə ilk uçuşu baş tutub.
Musavat.com xəbər verir ki, bu, yeni güc qurğusu ilə təchiz edilən J-20 təyyarələrinin məhdud seriyalı istehsal mərhələsinin başlanması deməkdir.
WS-15 mühərriki qırıcının forsajsız səsdən sürətli uçuş rejimini təmin edir, manevr qabiliyyətini artırır, uçuş məsafəsini uzadır.
Bu isə Çin istehsalı olan “görünməz” döyüş təyyarəsinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir.
Musavat.com






