İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha iki həmyerlimiz müharibədə həlak oldu

579 20.12.2025 11:12 Dünya A A

Rusiya–Ukrayna müharibəsində daha iki həmyerlimiz həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb.

Onun bildirdiyinə görə, Cəlilabad rayon sakini Mirismayılzadə Elnur Aydın oğlu Rusiya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Axmat Sever” hərbi birləşməsinin tərkibində döyüşüb və həlak olub.

Həmçinin Xaçmaz rayon sakini Məmmədov Rafiq Aydın oğlunun da müharibədə öldüyü bildirilib. Məlumata görə, o, Rusiya Müdafiə Nazirliyinin tərkibində olan “Axmat Spetsnaz” bölməsində döyüşüb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR