İnsanlara hürriyət, millətlərə istiqlal!

Dalağı çıxarıldı, gözünü itirə bilər... – Adəm Kadırovun gizlədilən qəzası

1219 13.02.2026 00:48 Dünya A A

“Novaya Qazeta Avropa” nəşrinin yaydığı məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Qroznıda baş verən yol qəzasında ağır xəsarətlər alıb.

Musavat.com xəbər verir ki, o, Moskvaya aparılıb, dalağı çıxarılıb, baş travması və çənə sümüyündə çat aşkarlanıb. Həkimlərin ən böyük narahatlığı isə görmə sinirinin zədələnməsi ilə bağlıdır – gəncin bir gözünü itirməsi riski olduğu bildirilir.

Qəza zamanı onu müşayiət edən mühafizəçilər daha ağır xəsarət alıblar. Onlardan biri – Bislan Kaimovun ömürlük iflic qalma ehtimalının olduğu qeyd edilir.

Hadisənin 16 yanvarda baş verdiyi, Adəm Kadırovun avtomobili özü idarə etdiyi və sükana nəzarəti itirdiyi iddia olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR