İnsanlara hürriyət, millətlərə istiqlal!

Davos 2026: Dünyanın siyasi və iqtisadi elitası İsveçrədə toplaşır

902 19.01.2026 19:15 Siyasət A A

2026-cı il Dünya İqtisadi Forumu (WEF) 19-23 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.

Musavat.com builki forumla bağlı maraqlı məlumatları toplayıb.

Forumun əsas mövzusu “Dialoq ruhu” seçilib və tədbirdə beynəlxalq təhlükəsizlik, iqtisadi böyümə və süni intellekt kimi qlobal mövzular müzakirə olunacaq.

Tədbirdə 60-dan çox dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri, 800-dən artıq aparıcı menecer iştirak edəcək. Forumda ABŞ prezidenti Donald Trump, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyası prezidenti Ursula von der Lyayen, BMT baş katibi Antonio Guterreş və Çin vitse-prezidenti He Lifenq iştirak edəcək. Azərbaycanın dövlət başçısı İlham Əliyev forumda iştirak üçün artıq İsveçrədədir. Ölkə başçısı forum çərçivəsində digər liderlərlə ikitərəfli görüşlər keçirəcək. Ukrayna nümayəndəliyi də forumda iştirak edəcək və ABŞ ilə təhlükəsizlik və bərpa məsələlərini müzakirə etməyi planlaşdırır.

Forumun təhlükəsizliyi üçün 5 minə yaxın hərbçi və süni intellektlə idarə olunan dronlar cəlb olunacaq, xərclər isə 9 milyon İsveçrə frankıdır (təxminən 11,2 milyon dollar).

Forum çərçivəsində Tramp Sülh Şurasını da təqdim edəcək; onun məqsədi ilkin olaraq Qəzza sektorunun bərpası olsa da, orqan daha geniş beynəlxalq layihələr üçün platforma rolunu oynayacaq. Şuranın rəhbəri Tramp olacaq və üzvlərin kimliyi yalnız onun qərarı ilə müəyyənləşəcək.

Qeyd edək ki, Davos 2026 qlobal siyasət, biznes və texnologiya sahəsində liderlərin görüşdüyü, geosiyasi və iqtisadi gündəlikdə mühüm rol oynayan beynəlxalq platforma olaraq diqqət çəkir.

Nigar Həsənli,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR