İnsanlara hürriyət, millətlərə istiqlal!

Davosda dediyi sözləri geri götürdü

1629 27.01.2026 09:44 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karni ilə danışıb.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ maliyyə naziri Skott Bessent "Fox News"a açıqlayıb.

Onun sözlərinə görə, Kanadanın baş naziri Amerika lideri ilə söhbəti zamanı Davosda keçirilən Dünya İqtisadi Forumunda dediyi bəzi sözləri geri götürüb:

"Mən bu gün prezidentlə Oval Ofisdə idim və o, baş nazir Karni ilə danışıb, o da Davosda verdiyi bəzi çox təəssüf doğuran sözləri çox aqressiv şəkildə geri götürüb".

Bessent Kanada baş nazirinin hansı ifadələri geri götürdüyünü dəqiqləşdirməyib. O əlavə edib ki, Kanada ABŞ-a bağlıdır və baş nazir "qlobalist gündəmi irəli sürməkdənsə, kanadalılar üçün ən yaxşısını etməlidir".

Xatırladaq ki, Davosdakı çıxışı zamanı Karni Trampın xarici siyasətini şərh edərək, əslində kollektiv Qərbin günlərinin bitdiyini etiraf edib. O, həmçinin bildirib ki, Kanada Danimarka və Qrenlandiyanın Amerika rəhbərliyinin ərazini ABŞ-a birləşdirmək niyyəti ilə bağlı açıqlamaları işığında adanın gələcəyini müəyyən etmək "unikal hüququnu" qətiyyətlə dəstəkləyir. Ağ Ev sahibi bundan sonra Karnini nankorluqda günahlandıraraq, ona göndərdiyi Sülh Şurasına dəvətini geri götürdüyünü açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR