İnsanlara hürriyət, millətlərə istiqlal!

Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək

1621 25.12.2025 18:18 Ölkə A A

Daxili qoşunların komandanını və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanunun tətbiqi barədə Fərmanında qeyd edilib.

Fərmana əsasən, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da Prezidentin səlahiyyətinə aid edilir.

Həmçinin, ölkə başçısı daxili qoşunların hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsini, daxili qoşunların hərbi şurasının əsasnaməsinin təsdiq edilməsini də həyata keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR