İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026-da “LGBT dəstək matçı” qalmaqal yaratdı – rəqiblər İran və Misir oldu

626 09.12.2025 22:30 İdman A A

Musavat.com xəbər verir ki, futbol üzrə 2026-cı il Dünya Çempionatında yerli təşkilat komitəsinin təşəbbüsü ilə LGBT icmasına dəstək məqsədilə keçiriləcək xüsusi matçın iştirakı haqqında məlumat dünya mediasında böyük rezonans doğurub.

Püşkün nəticəsinə görə, həmin oyunda İran və Misir yığmaları qarşılaşacaq. Bu seçim xüsusilə müzakirələrə səbəb olub, çünki hər iki ölkə LGBT məsələlərinə qarşı ən sərt mövqeli dövlətlər kimi tanınır.

BBC-nin məlumatına görə, tədbir FIFA tərəfindən təşkil olunmur, yalnız yerli komitənin təşəbbüsüdür və çempionatın rəsmi proqramına daxil edilmir.

Matçın keçiriləcəyi tarix və stadionla bağlı əlavə detalların yaxın günlərdə açıqlanacağı gözlənilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR