Musavat.com xəbər verir ki, Rusiyanın tanınmış aktyoru Dmitri Naqiyev “Yolka-12” filminin premyerası zamanı səsləndirdiyi fikirlərə görə siyasi qalmaqalın mərkəzinə düşüb.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, aktyor müharibə mövzusunda filmlərdən yorulduğunu bildirib və məhz bu səbəbdən “Yolka” kimi layihələrin populyarlığının artdığını deyib.
Naqiyevin sözlərinə görə, “Yolka” tamaşaçıya “sərt reallıqdan qaçmaq imkanı verən bir nağıl” təsiri bağışlayır və bu cür filmlər insanlara “dinc və xoşbəxt həyat illüziyası” yaradır. Aktyorun bu fikirləri sosial şəbəkələrdə və mediada geniş müzakirələrə yol açıb.
Məsələ bununla da bitməyib. Kursk Vilayət Dumasının deputatları Naqiyevin açıqlamalarını “SVO ilə bağlı hadisələrə ironik və alçaldıcı münasibət” kimi qiymətləndirərək, onun barəsində “xarici təsir” ehtimalının araşdırılması üçün rəsmi müraciət ediblər. Müraciətdə qeyd olunur ki, aktyorun bəyanatları KİV-lərdə geniş tirajlanıb və ciddi ictimai rezonans doğurub.
Musavat.com






