İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğum səviyyəsini süni intellekt vasitəsilə artırmağı təklif etdilər

636 21.11.2025 17:53 Dünya A A

Rusiyada doğum səviyyəsini artırmaq üçün süni intellektdən istifadə olunmalıdır.

Musavat.com xəbər verir ki, bunu Dövlət Dumasının ailənin müdafiəsi, atalıq, analıq və uşaqlarla bağlı məsələlər üzrə komitəsinin sədri Nina Ostanina bildirib.

Onun sözlərinə görə, süni intellekt konkret regionlarda demoqrafik məsələləri həll etməyə yönəldiləcək.

Ostanina parlament dinləmələrində deyib:

“Süni intellektin demoqrafiyada əsas vəzifələrindən biri belə bir suala cavab vermək olacaq: Əgər belə olsa nə baş verər? Məsələn, müəyyən bir federasiya subyektində dövlət uşaqlı ailələrə və gənc valideynlərə yeni dəstək tədbirləri tətbiq etsə, doğum səviyyəsində nə dəyişəcək?”.

O əlavə edib ki, hökumət eksperiment çərçivəsində süni intellekti dövlət idarəçiliyinə tətbiq etməyə hazırlaşır.

Ötən il Rusiyada 1,222 milyon körpə doğulub - bu, 1999-cu ildən bəri minimum göstəricidir. 2023-cü illə müqayisədə rəqəm 3,4% azalıb, 2014-cü illə müqayisədə isə üçdə birindən çox geriləyib. Bu ilin yanvar–mart aylarında doğulanların sayı daha 11,5 min azalaraq 288,8 min olub. Bundan sonra Rosstat doğulanlar və ölənlərlə bağlı detallı statistikanı dərc etməyi dayandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR