İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd ilə Donbası ala bilməyən Rusiya Avropanı almaq gücündə deyil - Sıkorski

1080 14.02.2026 13:18 Siyasət A A

Dörd il ərzində Donbası ələ keçirə bilməyən Rusiya Avropanı fəth etmək iqtidarında deyil.

Musavat.com xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

Onun sözlərinə görə, "Avropaya yürüş"dən danışmaq reallıqdan uzaqdır: əgər Moskva Ukraynada həlledici uğur qazana bilmirsə, qitəni fəth etmək mümkün deyil: "Bjezinskinin illər əvvəl dediyi kimi, Rusiyanın bir seçimi var: ya Qərbin müttəfiqi olmaq, ya Çinin vassalı. Qərbin müttəfiqliyini seçirsə, o zaman müəyyən qaydalar tətbiq olunacaq. Qonşularınıza hücum etmirsiniz və Çinin vassalına çevrilmirsiniz."

O əlavə edib ki, hazırkı konfiqurasiyada Kreml yalnız Pekinin mövqeyini gücləndirir: "Çin dominant tərəfdaşa çevrilib və yəqin ki, məhz istədiyi kimidir: Qərb əleyhinə, daha zəif Rusiyaya sahib olmaq - amma sadəcə çökəcək qədər zəif deyil".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR