İnsanlara hürriyət, millətlərə istiqlal!

Dumbulçalan yenə başladı VİDEO

1737 18.01.2026 23:39 Maraqlı A A

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə növbəti paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, bu dəfə Paşinyan özünü musiqiçi rolunda təqdim edərək “dumbul” çaldığı video paylaşıb. Qeyri-ciddi üslubda yayımlanan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və ciddi tənqidlər doğurub.

Tənqidçilər bildirirlər ki, Paşinyanın bu davranışı regionda artan gərginlik fonunda xüsusilə məsuliyyətsiz görünür. Bir tərəfdən İran Ermənistanı ona qarşı xəyanətdə ittiham etdiyi, digər tərəfdən isə Rusiya ilə münasibətlərin kəskinləşdiyi bir vaxtda baş nazirin şou xarakterli paylaşımlarla gündəmə gəlməsi Ermənistanın gələcəyi ilə bağlı narahatlıqları artırır.

Son günlər İrəvan şəhərində İran əleyhinə keçirilən və iranlıların da iştirak etdiyi aksiyalar rəsmi Tehranın sərt reaksiyasına səbəb olub. Bildirilir ki, bu aksiyalar İranı ciddi şəkildə hövsələdən çıxarıb və səfir səviyyəsində Ermənistana hədə dolu mesajlar göndərilib.

Eyni zamanda Kremlin “danışan ağzı” kimi tanınan Vladimir Solovyovun açıqlamaları da diqqət çəkib. Solovyovun Rusiyanın Ermənistanda “xüsusi hərbi əməliyyat” keçirə biləcəyinə işarə etməsi rəsmi Moskvanın İrəvana münasibətdə təzyiq alətlərini sərtləşdirə biləcəyi ehtimalını gündəmə gətirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR