İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya İlham Əliyevin sülh liderliyini alqışladı - Şeyx Zayed mükafatı Bakıya gəldi

2366 19.01.2026 18:33 Gündəm A A

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən Prezident İlham Əliyevə ali mükafatın təqdim olunması Azərbaycanın dövlətçilik tarixində və müasir diplomatiyasında xüsusi əhəmiyyət daşıyan hadisədir. Bu təltif təkcə bir liderə göstərilən ehtiram deyil, həm də Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, qətiyyətli liderliyinin və sülhə söykənən strateji xəttinin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsidir.

Müharibədə qazanılan tarixi Zəfəri ədalətli və dayanıqlı sülhlə zirvəyə daşıyan Azərbaycan Lideri regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın əsas memarlarından biri kimi bir daha dünya ictimaiyyətinin diqqət mərkəzinə yüksəlib. Şeyx Zayed Fondunun bu qərarı, əslində, Azərbaycanın seçdiyi müdrik yolun və Prezident İlham Əliyevin qlobal miqyasda qəbul olunan liderlik missiyasının parlaq təsdiqidir.

GUNAY.jpg (143 KB)

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Musavat.com-a açıqlamasında bildirib ki, BƏƏ-nin Şeyx Zayed Fondunun mükafatının Prezident İlham Əliyevə təqdim olunması dünya çaplı bir liderin apardığı sülh siyasətinin, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin dünya miqyasında qəbul və təqdir edilməsidir:

“Mükafat Azərbaycanın regional proseslərdə istiqamətverən güc kimi çıxış etdiyini göstərir. Tarix nadir hallarda elə liderlər yetişdirir ki, müharibədə qazandığı qələbəni sülh masasında da qətiyyət və müdrikliklə möhkəmləndirə bilsin. Möhtərəm Prezident İlham Əliyev məhz bu keyfiyyətlərin daşıyıcısıdır. Müharibədə qalib gəlmək böyük siyasi iradə tələb edirsə, sülhü qorumaq və onu dayanıqlı etmək qətiyyət tələb edir. Bu gün Azərbaycan qalib ölkə kimi sülhün əsas təşəbbüskarıdır və bu, siyasi mədəniyyət baxımından son dərəcə yüksək mərhələdir.

İLHAM ESGER.jpg (246 KB)

Sülhə aparan yol heç vaxt maneəsiz olmur. Ermənistan daxilində revanşist qüvvələrin fəallaşması, regionu yenidən qarşıdurma müstəvisinə qaytarmaq cəhdləri, xarici dairələrin prosesə destruktiv müdaxilələri bu yolun nə qədər çətin olduğunu dəfələrlə göstərib. Ancaq bütün bu cəhdlər dövlət başçımız cənab İlham Əliyevin prinsipial, praqmatik və milli maraqlara söykənən siyasəti qarşısında nəticəsiz qalıb. Azərbaycan geri addım atmadı, tərəddüd etmədi, öz iradəsini beynəlxalq hüquq və reallıqlar əsasında diktə etdi.

YZOdFzpB2iJkcZBoKTBoAMTMcPSidrwq3eAwhEvw_825.jpg (126 KB)

2025-ci ilin avqustunda Vaşinqtonda bu məsələyə siyasi nöqtənin qoyulması göstərdi ki, Azərbaycan artıq prosesləri müəyyən edən tərəfdir. Bu, diplomatik baxımdan Azərbaycanın tam qələbəsidir. Çünki burada söhbət postmünaqişə dövrünün necə idarə olunmasından gedir. Azərbaycanın sözügedən təcrübəsi artıq beynəlxalq münasibətlər sistemində nümunə kimi qəbul edilir. Münaqişəni hərbi-siyasi müstəvidə həll etmək, sonra isə onu sülh gündəliyi ilə tamamlayaraq regional sabitliyə çevirmək hər dövlətə nəsib olan uğur deyil. Bu, güclü dövlətçilik məktəbinin, müdrik liderliyin və milli birliyin nəticəsidir.

Şeyx Zayed Fondunun bu mükafatı Prezident İlham Əliyevin sülh gündəliyinə verilən beynəlxalq etimadın, Azərbaycanın ədalətli mövqeyinə göstərilən hörmətin rəmzidir. Mükafat bir daha təsdiq edir ki, Azərbaycan qalib dövlətdir və bu Zəfər döyüş meydanında olduğu kimi, sülh masasında da qazanılmaqdadır”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR