İnsanlara hürriyət, millətlərə istiqlal!

Duzun normadan artıq qəbulunun çox pis fəsadları var: norma bu qədərdir

767 07.02.2026 04:11 Maraqlı A A

Çinin Sian Cyaotunq Universitetinin Tibbi Elmi Mərkəzinin alimləri duzlu qidaların sağlamlığa təsirini araşdırıblar.

Musavat.com xəbər verir ki, aparılan təcrübə zamanı müntəzəm şəkildə duzlu qidaların qəbulunun yaddaşın zəifləməsinə və bağırsaq fəaliyyətinin pozulmasına səbəb olduğu müəyyən edilib.

Tədqiqat çərçivəsində siçanlar iki qrupa bölünüb: bir qrup adi rasionla qidalanıb, digər qrup isə tərkibində həddindən artıq duz olan yeməklər qəbul edib. Altı ay ərzində 8 faiz natrium xlorid (xörək duzu) olan rasionla qidalanan siçanlarda arterial təzyiq yüksəlib, narahatlıq səviyyəsi artıb və yaddaş göstəriciləri nəzərəçarpacaq dərəcədə zəifləyib.

Beyin üzərində aparılan analizlər yaddaş və öyrənmə proseslərinə cavabdeh olan hipokamp nahiyəsində neyronların sıxlığının azaldığını göstərib. Eyni zamanda bağırsaqlarda faydalı bakteriyaların payının da kəskin şəkildə azaldığı müəyyən olunub. Alimlər bildirirlər ki, yüksək duzlu qidalanma beyin–bağırsaq əlaqəsi üzərindən həm psixoloji, həm də fizioloji fəsadlara yol aça bilər.

Təhlükəsiz norma nə qədərdir?

Mütəxəssislərin tövsiyəsinə görə, Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz qəbulunun 5 qramdan çox olmamasını məsləhət görür. Bu həddin aşılması uzunmüddətli dövrdə həm ürək-damar, həm də sinir sistemi üçün riskləri artırır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR