Ermənistanda icbari tibbi sığorta sisteminə 1 yanvardan keçidin ciddi risklər yaratdığı bildirilir.
Musavat.com xəbər verir ki, “Sağlamlıq hüququ” QHT-nin həmtəsisçisi Anuş Poqosyanın “Sputnik Ermənistan”a açıqlamasına görə, mövcud şəraitdə icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin faktiki iflicinə gətirib çıxara bilər. Ekspert hesab edir ki, bu keçid bir neçə ay təxirə salınmalı, sığorta fondu yaradılıb qeydiyyatdan keçirilməli və peşəkar kadrlarla tam təmin edildikdən sonra sistem işə salınmalıdır.
Onun sözlərinə görə, hökumətin də oxşar narahatlıqları var. Məhz bununla əlaqədar olaraq baş nazir Nikol Paşinyan yanvarın 1-dən etibarən tibb müəssisələrinə qarşı “hücum etməmək” çağırışı edib.
Ekspertlər xüsusilə pulsuz dərman təminatı mexanizminin qeyri-müəyyənliyindən narahatdırlar. Yeni qaydalara əsasən, dərmanlar artıq poliklinikalar deyil, apteklər vasitəsilə veriləcək. Lakin hazırda aptek şəbəkələri ilə müvafiq müqavilələrin bağlanmadığı bildirilir ki, bu da sistemin işində əlavə problemlər yarada bilər.
Musavat.com






