İlon Mask 2026-cı ildən etibarən Tesla şirkətinin Tesla Semi elektrik yük maşınlarının kütləvi istehsalına başlanacağını elan edib.
Musavat.com xəbər verir ki, Maskın açıqlamasına görə, yeni nəsil elektrik yük maşını tam şarjla 500 milə qədər, yəni təxminən 800 kilometr məsafəni əlavə enerji doldurmadan qət edə biləcək.
Qeyd olunur ki, Tesla Semi uzunməsafəli logistika üçün nəzərdə tutulub və aşağı istismar xərcləri, sıfır emissiya göstəriciləri ilə dizel yük maşınlarına ciddi alternativ kimi təqdim olunur. Model artıq məhdud sayda korporativ müştərilərə çatdırılsa da, 2026-cı il ilk dəfə tam miqyaslı seri istehsal ili olacaq.
Musavat.com






