İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlil arabasında kosmosa: mühəndis qadın tarix yazdı

402 23.12.2025 02:29 Dünya A A

Almaniyalı mühəndis Mikaela Benthaus kosmosa uçan ilk əlil arabası istifadəçisi kimi tarixə düşüb.

Musavat.com xəbər verir ki, o, Blue Origin şirkətinə məxsus New Shepard raketi ilə həyata keçirilən suborbital uçuş zamanı Yer səthindən 105 kilometrdən artıq yüksəkliyə qalxaraq bir neçə dəqiqə çəkisizlik vəziyyətində olub.

Hazırda 33 yaşında olan Benthaus yeddi il əvvəl dağ velosipedi ilə baş vermiş qəza nəticəsində ağır onurğa beyni travması alıb və beldən aşağı tam iflic vəziyyətindədir. Buna baxmayaraq, xüsusi uyğunlaşdırılmış raket sistemi onun kosmik uçuşunu mümkün edib.

Məlumata görə, New Shepard raketi fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş texniki həllərlə təchiz edilib. Benthaus üçün kapsulun giriş lyuku ilə oturacaq arasında hərəkəti təmin edən xüsusi köçürmə lövhəsi quraşdırılıb. Bu sistem ona kapsul daxilində müstəqil şəkildə hərəkət etməyə şərait yaradıb.

Mikaela Benthaus uçuşun gözləntilərini tam üstələdiyini bildirib. Onun sözlərinə görə, qalxma zamanı demək olar ki, fasiləsiz gülüb, çəkisizlik anında isə baş-aşağı çevrilməyə belə cəhd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR