İnsanlara hürriyət, millətlərə istiqlal!

Elvin Mehdiyev SAXLANILDI

1747 07.01.2026 14:18 Hadisə A A

Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.

Musavat.com xəbər verir ki, zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib. Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Mehdiyev Elvin Əvəz oğlu müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR