İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməliyyat olunan İlbər Ortaylı qanaxma keçirdi

1204 15.02.2026 18:14 Dünya A A

Türkiyənin tanınmış tarixçisi İlbər Ortaylı yenidən əməliyyat olunub.

Musavat.com xəbər verir ki, professor ötən həftə böyrəklə bağlı keçirdiyi əməliyyatdan sonra bazar günü gecə qəfil halı pisləşdiyi üçün təcili olaraq yenidən əməliyyat masasına aparılıb.

Məlumata görə, ani qanaxma səbəbindən həkimlər dərhal müdaxilə ediblər.

İlbər Ortaylı vəziyyətinin stabil olduğunu və yenidən sağlamlığına qovuşduğunu açıqlayıb. O, yaşadıqlarını “Hürriyet” qəzetində dərc olunan köşə yazısında ətraflı şəkildə qələmə alıb.

Tarixçi yazısında qeyd edib:

“Keçən həftəki əməliyyatın uğurlu keçdiyini demişdim. Bu bazar gecəsi isə vəziyyətim pisləşdi. Yenidən əməliyyat olundum. Ani qanaxma dayandırıldı”.

İlbər Ortaylı onu xilas edən tibbi heyətə minnətdarlığını da ifadə edib. O, yazısında zarafatla zaman maşınına minib Mustafa Kamal Atatürkə teleqram vurmaq istədiyini qeyd edərək, “Paşam, dörd türk qadını qoca professoru xilas etdi. İnqilablar hədəfinə çatıb” sözlərini yazıb.

Həkimlər qanaxmanın tam dayandırıldığını və professorun ümumi vəziyyətinin yaxşı olduğunu bildiriblər. Onun xəstəxanadan nə vaxt buraxılacağı ilə bağlı hələlik açıqlama verilməyib.

Tarixçinin yaxınları və akademik çevrələr sosial şəbəkələrdə ona dəstək mesajları paylaşaraq tezliklə tam sağalmasını arzulayıblar.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR