İnsanlara hürriyət, millətlərə istiqlal!

Əminağa Sadıqovla bağlı qərar verildi - SON DƏQİQƏ AÇIQLAMASI

4092 30.12.2025 14:05 Gündəm A A

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib.

Musavat.com Globalinfo.az-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib. Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.

ELGUN SON.png (648 KB)

Məsələ ilə bağlı Sumqayıt Dövlət Universitetinin mətbuat katibi Elgün Rüstəmlilər Musavat.com-a bildirib ki, onda bu barədə məlumat yoxdur:

“Əgər məlumatı Ali Attestasiya Komissiyası yayıbsa, bəlkə onlarda bu haqda hansısa məlumat olar. Əminağa müəllim bizdə rektor vəzifəsini icra edir. Eyni zamanda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində direktor müavinidir. Bu haqda agentliyin mətbuat xidmətinin məlumatı ola bilər, lakin məndə bununla bağlı məlumat yoxdur”.

Əminağa Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR