İnsanlara hürriyət, millətlərə istiqlal!

“Epşteyn işi” dünyada solçuluğu gücləndirəcək

594 09.02.2026 19:05 Dünya A A

Ceffri Epşteyn işi ilə bağlı qorxulu detallar ortaya çıxmağa davam edir. ABŞ Ədliyyə Nazirliyi tərəfindən məxfiliyi ləğv edilmiş yeni "Epşteyn sənədləri" həm siyasi dünyanı, həm də sosial medianı silkələyir.

Mərhələli şəkildə üzə çıxan sənədlər, ifşalar kapitalist sistemin legitimliyini sarsıda və dünyada solçu, anti-kapitalist meylləri gücləndirə bilərmi sualını aktuallaşdırıb.


Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu

Epşteyn sənədləri təkcə cinayət dosyesi deyil, dünyada kapitalist elitanın mənəvi böhranının aynasıdır. Onlar solçu ideyalar üçün münbit zəmin yaradır, kapitalizmə qarşı tənqidi genişləndirir. Epşteyn işi klassik anlamda “bir nəfərin cinayəti” kimi qavranılmır. Sənədlərdə və şahid ifadələrində ortaya çıxan mənzərə göstərir ki, siyasi liderlər,maliyyə maqnatları eyni “toxunulmazlıq zonasında” cəmləşiblər. Bu isə ictimai şüurda “bu harınlıq kapitalizmin gətirdiyi fəsadlardandır” fikrini möhkəmləndirir. Beləliklə, Epşteyn işi ictimai şüurda kapitalizm sisteminə ciddi zərbə vurmuş oldu. Kapitalizm özünü yalnız iqtisadi sistem kimi deyil, həm də ədalətli imkanlar və hüququn aliliyi üzərində qurulmuş model kimi təqdim edirdi. Epşteyn sənədləri isə bu iddianı alt-üst edir. İctimai rəy belə bir nəticəyə gəlir ki, sərvət nüfuz yaradır, nüfuz cəzasızlıq təmin edir, cəzasızlıq sistemli istismara yol açır. Deməli, kapitalizm “azad bazar”dan çox vəhşiləşmiş “elit” klubu təsiri bağışlayır, kapitalizm dünyada xalqların nəzərində nüfuzunu itirdikcə solçuluq alterantiv kimi güclənir, insanlar kapitalizmin meydana gətirdiyi çirkinliklərin solçuluğun hakim olduğu şəraitdə mükünsüzlüyünə inanırlar. Xüsusilə gənc nəsil arasında bu yanaşma kapitalizmə inam sarsılır və solçuluq idologiyasına meyl çoxalır. Epşteyn işi bu tendensiyanı daha da sürətləndirir.

Cəmiyyət mühəndisləri hesab edir ki, dünyanın çox hissəsində bu proses hətta klassik sol ideologiyalarla yanaşı, radikal, anarxist meyllərin də baş qaldırması ilə nəticələnə bilər. Epşteyn sənədlərinin ideoloji təsiri regiondan asılı olaraq fərqlidir. ABŞ və Qərbi Avropada sol-liberal və sosialist meyllər güclənir. Latın Amerikasında anti-elit ritorika artıq mövcud sol hökumətlərə legitimlik qazandırır. Post-sovet məkanında isə bu daha çox “ədalətsiz Qərb” narrativi ilə üst-üstə düşür, solçuluğun daha ədalətli social quruluş olduğu rəyi güclənir və cəmiyyətlərdə anti-Qərb əhvalı da paralel olaraq özünü göstərir.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bu mövzuda Musavat.com-a açıqlamasında bildirib ki, Epşteyn sənədləri daha çox mənəvi dəyərlərin çöküşünün meydana çıxmasının daha bir təsdiqidir:

“Mənəvi-dini dəyərlər deqradasiyaya uğrayırsa və vəhşiləşmə meydana gəlirsə bu, o demək deyil ki, kapitalizm olmasa bunlar olmayacaqdı. Epşteyn sənədləri İslam dəyərlərinin, İslam dininin bir daha dünyada xilas yolunu olduğunu dolayısı ilə sübuta yetirmiş oldu. Əsası olmayan, zərərli dinlərin fəsadlarının hansı dəhşətlərə yol açdığı da məhz o sənədləri izləyəndə aydın olur. Epşeteynin adasına gedənlər təkcə kapitalistlər deyildi”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR