ABŞ Pentaqonun rəsmi hesablamalarının əksinə olaraq, İrana qarşı həyata keçirilən zərbələrə təxminən 100 milyard dollar vəsait xərcləyib.
Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazirin sözlərinə görə, Amerika xalqı üçün dolayı xərclər daha ağır nəticələrə səbəb olub.
Əraqçi "X" sosial şəbəkəsindəki hesabında Pentaqonu yalan məlumat yaymaqda ittiham edib:
"Pentaqon yalan danışır. Netanyahu avantürası artıq Amerikaya 100 milyard dollara başa gəlib ki, bu da bəyan edilən məbləğdən dörd dəfə çoxdur. Amerikalı vergi ödəyiciləri üçün dolayı xərclər isə daha yüksəkdir. Hər bir amerikalı ailə üçün aylıq hesab 500 dollar təşkil edir və bu rəqəm sürətlə artır".
İranlı nazir vurğulayıb ki, Vaşinqtonun yürütdüyü "Öncə İsrail" siyasəti faktiki olaraq "Amerika sonuncu yerdə" deməkdir.
Musavat.com






